Məllumatlar
Quraşdırılması və qoşulması:
Quraşdırıma
xidməti qeydə alındığı gündən etibarən 3 -iş günü müddətində yerinə yetirilir.
Məhsulun
quraşdırılması və qoşulması üçün Franke texnikasına xidmət edən firma
sertifikatlı servis mərkəzinə müraciət etməyiniz məsləhət görülür .Siz həm də
bu cür xidmət üçün sertifikatı olan digər istənilən firmaya müraciət edə bilərsiniz.
Ancaq bu halda unutmamalısınız ki , düzgün olmayan qoşulmalar sizi pulsuz təminatlı xidmətlərdən məhrum edə bilər .
· Zəmanət müddəti ərzində bütün təmir işləri servis mərkəzində
yerinə yetirilir
· Bu zaman nəqliyyat və quraşdırma xərcləri müştərinin
hesabına yerinə yetirilir
· Servis mərkəzi müştəridən qəbul etdiyi malın 1 gün müddətində təmir etməyi öz öhdəsinə
götürür
· Sifarişçinin yerində təmir və xidmət işləri görülərsə, əlavə haqq alınır
Quraşdırılma və istismar normasına riayət edilmədiyi üçün dəyən ziyana görə istehsalçı qnunvericiliklə ona verilən bütün hüquqlardan istfadə edə bilər.
· Təlimatda göstərilən istismar qaydalarına düzgün əməl
olunmadıqda baş verən nasazlığa görə bütün təmir işləri müştərinin hesabına
aparılır.
· Zəmanət talonu itirilibsə
zəmanət öhdəliyi öz qüvvəsini itirmiş sayılır.
DİQQƏT !
1. Satıcıdan məhsulu qəbul
etdikdə istehsalçının Franke satış mərkəzinin təminat talonunun ticarət təşkilatı
tərəfindən tam və düzgün doldurulması əmin olun .
2. Əgər zəmanət talonunun
üzərində göstərilən malın modeli seriya
nömrəsi silinibsə və ya digər düzəlişlər edilibsə bu zaman həmin mal zəmanətə daxil edilmir.
DİQQƏT!
Aşağıdakı hallarda baş verən nasazlıqlara zəmanət aid edilmir .
1. İstismar təlimatında
göstərilən istifadə, saxlama və daşınma qaydalarına əməl edilmədikdə
2. Üçüncü şəxsin müdaxiləsi olduqda :
· İstehsalçı ilə
razılaşdırılmadan məhsula konstruktiv dəyişikliklərin edilməsi
· Elektrik , qaz və su təchizatı şəbəkəsinin parametrlərinin normadan artıq kənara çıxarması nəticəsində baş verən çatışmamazlıq
3.Təbii fəlakətlər nəticəsində
baş verdikdə
4.Məhsulun
daxilində başqa əşyalar, hissəciklər
mayelər və həşəratların düşməsi nəticəsində baş verən nasazlıqlar olarsa